“Görünür, ABŞ-da prezident seçkilərinin nəticələri ATƏT-i qane etmir” ŞƏRH

“Görünür, ABŞ-da prezident seçkilərinin nəticələri ATƏT-i qane etmir” ŞƏRH

"ABŞ-da federal seçki qanunvericiliyi yoxdur və seçkilər ayrı-ayrı ştatların qanunvericiliyinə uyğun şəkildə keçirilir. Bir çox ştatlarda isə ümumiyyətlə beynəlxalq təşkilatların seçkiləri müşahidə etməsinə imkan verilmir. Amma bu günə kimi ATƏT qeyd edilən məsələ ilə bağlı bir dəfə olsun səsini çıxarmayıb, hər hansı formada açıqlama verməyib". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli ATƏT-in ABŞ-dakı seçkiləri tənqid etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın seçki sistemi, müşahidəçilərinin bir çox hallarda seçkiləri izləməyə buraxılmaması ilə bağlı ATƏT tərəfindən əvvəllər hər hansı açıqlama eşitməmişik: "Görünür, Amerikada prezident seçkilərinin nəticələri ATƏT-i qane etmir və bu yanaşma tərzi də çox güman ki, ordan qaynaqlanır. Çünki fərqli bir nəticə gözləyirdilər. Digər tərəfdən, əgər seçici siyahıya əlavə edilməyibsə, bu problem hakimiyyətdə olan Obama adminstrasiyasına aiddir. Seçkidə uduzan Hillari Klinton da Obama adminstrasiyasını təmsil edir. Yəni məsuliyyət onların üzərinə düşür, tənqid də ona ünvanlanmalıdr".

E.Mirzəbəyli bildirib ki, Tramp özü 2 milyondan çox ölən şəxsin adının seçici siyahısına salındığını bəyan etmişdi və bu, öz təsdiqini tapmışdı: "ATƏT-in açıqlaması indiki mərhələdə məntiqsiz açıqlamadır. Qurumum ilkin bəyanatında vurğulanıb ki, səsvermə hüququ olan 35 milyon insan seçkidə iştirak üçün qeydiyyata alınmayıb. Əgər onlar qeydiyyata alınsaydı, bəlkə də nəticə fərqli olardı. Bu, o anlama gəlir ki, demokratlar özləri, yəni Obama Klintonun prezident seçilməsini istəməyib və belə bir addım atıb. Absurd yanaşmadır. ABŞ-dakı seçkilərlə bağlı xeyli tənqidi məqamlara diqqət çəkmək olar. ATƏT həmin o məqamlarla bağlı açıqlama versəydi, qanunvericiliyin feodal dövrünə aid olduğunu dilə gətirsəydi daha doğru olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə