ABŞ-ın bir sıra bölgələrində Donald Trampın prezident seçilməsinə qarşı etiraz edənlərin aksiyaları keçirilib. SİA xəbər verir ki, bu barədə Associated Press yazır.
"Minlərlə etirazçı çərşənbə günü Manhettendə və Nyu-Yorkda "O bizim prezident deyil!" şüarı səsləndiriblər"-deyə qeyd edən agentlik yazır ki, Çikaqoda minlərlə insan Trampa məxsus Trump International Hotel qarşısında "Trampa yox!", "Ku-klus-klana yox!", "ABŞ-da irqçiliyə yox!" şüarlarını çağırıbar. Nümayişçilərin qarşısını otelə gedən yolu bağlayan polislər kəsiblər.
Etiraz aksiyaları Vaşinqtonda, Setldə, Los-Ancelesdə, Feniksdə, Filaldelfiyada, Portlenddə də keçirilib. Mümkün həbslər və saxlanılmalar haqqında informasiya verilmir.
Qeyd edək ki, noyabrın 8-də keçirilmiş prezident seçkilərində Donald Tramp Hillari Klinton üzərində qələbə qazanaraq, ABŞ prezidenti seçilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB