“Qərb ölkələri terrora həmişə dəstək verib”

“Qərb ölkələri terrora həmişə dəstək verib”

"Qərb ölkələri terrora həmişə dəstək verib". SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə deyib. Səfir əlavə edib ki, hazırda Türkiyədə terrorda ittiham olunan şəxslərin bir çoxu Almaniyaya mühacirət edib: "Onlar hazırda Almaniyanın himayəsindədir. Biz ABŞ-dan Fətullah Gülənin təhvil verilməsini gözləyirik. Gülənin qaytarılmamasının Türkiyəyə qarşı pis münasibətin göstəricisi olduğunu söyləyirik. Buna görə də avropalılar əvvəlcə terrorla mübarizə sahəsində gördükləri işləri və öz öhdəliklərini nə dərəcədə yerinə yetirdiklərini nəzərdən keçirsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə