Cozef Bayden: “Tramp Putinlə yanaşı, mərhum Səddam Hüseynə də simpatizə edir” İTTİHAM
"Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp açıq şəkildə Rusiya rəhbərliyinə simpatizə edir. Bu isə onun hətta İraqın mərhum lideri Səddam Hüseynə də simpatizə etməyə hazır olduğunu sübuta yetirir". SİA-nın məlumatına görə, sözügedən fikirləri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Cənubi Karolina ştatının Samter şəhərində Klintonu dəstəkləyən mitinqdəki çıxışında bildirib.
"Bu insan (Tramp) bəyan edir ki, Putin güclü liderdir"-deyə qeyd edən Bayden əlavə edib ki, Trampın əlində imkan olsa, hətta Səddam Hüseynə də eyni rəğbəti bəsləyər. Bayden çıxışında deyib ki, əgər Tramp qadınlara qarşı şorgözlik edirsə, onlar ətrafında qalmaqallar yaradırsa, Amerikanın prezidenti seçilə bilməz.
Xatırladaq ki, Donald Tramp bu ittihamları rədd edir və rəqibi Klintonun dövlət katibi işlədiyi dövrlərdə ABŞ-ın maraqlarına qarşı xəyanət etdiyini iddia edir. Tramp həmçinin Amerika KİV-lərinin Klintonun xeyrinə sifarişlə işlədiyini də bildirib və Demokratların seçki qərargahını korrupsiyaya bulaşmaqda ittiham edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB