"Suriyada terrorçuların məhv edilməsində Rusiyanın cəhdləri kifayət deyil, burada beynəlxalq ictimaiyyətin birgə səyləri tələb olunur". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
O bildirib ki, Rusiya Federasiyası Suriya rəhbərliyinin istəyi ilə 2015-ci ilin payızından bu ölkədə terrorçuların məhv edilməsində fəal rol oynayır: "Məlumdur ki, yalnız bizim bu istiqamətdəki fəaliyyətimiz kifayət deyil, terrorla mübarizə beynəlxlaq ictimaiyyətin kollektiv səyini tələb edir. Biz bu barədə dəfələrlə bəyan etmişik və bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB