"Rusiya, İran və Suriyanın xarici işlər nazirləri üçtərəfli formatda işi davam etdirməyə dair razılığa gəliblər. Bu format öz effektivliyini göstərdi".
SİA-nın RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran və Suriyadan olan həmkarları ilə mətbuat konfransında bildirib.
Nazir hesab edib ki, dolğun gündəliyimiz ən vacib məsələləri, həm Rusiya-İran, Rusiya-Suriya ikitərəfli münasibətləri, həm də Suriya və onun ətrafındakı vəziyyətin həlli ilə əlaqəli ən aktual məsələləri müzakirə etməyə imkan verdi: "Moskvaya gəldikləri üçün həmkarlarıma minnətdaram və düşünürəm ki, bu format ona tələbat duyulduğunu sübuta yetirdi. Bundan sonra da istifadə etməyə davam edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB