Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana səfəri çox faydalı oldu. Bunu SİA-ya açıqlamasında Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviç deyib. O bildirib ki, iki prezident siyasi, iqtisadi və digər sahələrdəki əlaqələri müzakirə etdi: "Bizim siyasi münasibətlərimiz çox yaxşı səviyyədədir. Dövlət başçıları biznes sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üzrə razılaşdılar. Prezident Kolinda Qrabar-Kitaroviç bəyan etdi ki, Xorvatiya Avropa İttifaqının, NATO-nun üzvü kimi Azərbaycanı bu və digər təşkilatlarda dəstəkləyəcək. Həmçinin, bizim Prezidentimiz söz verdi ki, bu ilin sonuna kimi Xorvatiyanın Bakıdakı diplomatik ofisi səfirlik statusunda fəaliyyətə başlayacaq. Dövlət başçıları əməkdaşlıq üçün dəqiq sahələri də qeyd etdilər. Bunlar kənd təsərrüfatı, gəmiçilik, sənaye, qida sahələridir".
Diplomat vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi 200 milyon dollar təşkil edir və Xorvatiya Azərbaycandan daha çox idxal edir, nəinki ixrac. Onun sözlərinə görə, dövlət başçıları turizm sahəsində əməkdaşlığı da müzakirə ediblər: "Biz gələn il iyulun 1-də Bakı ilə Pula arasında birbaşa reys açmağı planlaşırırıq. Bu reys həftədə bir dəfə iki ay ərzində həyata keçiriləcək. Bundan başqa, bu ilin sonunda Bakıda Azərbaycan-Xorvatiya hökumətlərarası komissiyanın iclası olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB