Konqresmen Azərbaycanla bağlı bəyanat verdi

Konqresmen Azərbaycanla bağlı bəyanat verdi

ABŞ Konqresinin Tennesi ştatından olan demokrat üzvü, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, səfirliyinə təqdim olunmuş bəyanatda "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsinin 25-ci ildönümünün qeyd olunduğu bildirilir.

Bəyanatda 1991-ci il, 18 oktyabrda müstəqilliyini bəyan edən Azərbaycanın qlobal enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində vacib müttəfiqə çevrildiyi vurğulanır. Eyni zamanda əksəriyyəti müsəlman olan dünyəvi dövlətin etnik və dini dözümlülük baxımından bir nümunə olduğu qeyd edilib. Bəyanatda həmçinin, Azərbaycan İsrail dövləti ilə yaxşı əlaqələrə malik olduğuna görə təqdir edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə