Səfir Azərbaycanın müstəqillik tarixindən yazıb

Səfir Azərbaycanın müstəqillik tarixindən yazıb

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun nüfuzlu "The Huffington Post" nəşrində "Azərbaycan: Müstəqilliyin 25-ci ildönümündə" (Azerbaijan: a Quarter of a Century of Independence) adlı məqaləsi çap edilib. SİA-ya ölkəmizin ABŞ-dakı səfirliyindən verilən məlumata görə, məqalədə əsasən Azərbaycanın 25 illik müstəqilliyi dövrü ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edilir.

Müəllif ölkəmizin 1991-ci ildə Sovet İttifaqından ayrılıb müstəqilliyini bərpa etdikdən sonra keçdiyi çətinliklərə baxmayaraq, hazırda Qafqaz-Xəzər regionunun əhəmiyyətli regional oyunçusuna çevrildiyini vurğulayıb. Azərbaycanın bu uğurları unikal tarix, o cümlədən 1918-ci ildə ilk müsəlman aləmində demokratik respublikanın yaradılması, habelə mərhum ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə izah edilir. Həmçinin qeyd edilir ki, Azərbaycan rəhbərliyi ölkənin inklüziv, tolerant və dünyəvi dövlətin qurulmasına sadiqliyini gücləndirmiş və praqmatik xarici siyasət həyata keçirmişdir. Bu kontekstdə, Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq, Gürcüstan və Türkiyə ilə isə inteqrə edilmiş tərəfdaşlıq qurduğu və uğurlu şəkildə beynəlxalq enerji layihələri həyata keçirdiyi qeyd edilir.

Həmçinin, məqalədə ölkəmizin gələcəyə yönəlmiş siyasətindən də bəhs edilir. Bu xüsusda infrastruktur layihələrinin həyata keçirildiyi, ölkəmizin coğrafi mövqeyinin üstünlüyə və Azərbaycan Prezidentinə xitabən ölkəmizin Qərblə Şərq arasında həm coğrafi, həm də mənəvi körpüyə çevrildiyi vurğulanır. Diplomat ölkəmizin mədəni irsinə toxunularaq, dinlərarası harmoniya, orta əsrlərdən bəri qadın şairələrdən başlayaraq və bu gün birinci xanım Mehriban Əliyevanın timsalında cəmiyyətdə qadınların ənənəvi və güclü rolunu qeyd edib. Müəllif Ermənistanın təcavüzü nəticəsində bir milyonadək azərbaycanlının öz doğma yurdundan didərgin düşdüyünü də xatırladır. Beynəlxalq hüququn əsasında bu münaqişənin həllinin Azərbaycan üçün əsas məsələnin həllinə və Ermənistanın həqiqi müstəqil dövlət olmasına səbəb olacağı vurğulanır.Yekunda Azərbaycan xalqının öz tarixi ilə qurur duyduğu, müstəqilliyini qoruyub saxlayacağı və gələcəyə inamla baxdığı vurğulanır. Məqalə ilə bu linkdə tanış olmaq mümkündür: http://www.huffingtonpost.com/entry/azerbaijan-a-quarter-of-a-century-of-independence_us_5805b77ce4b08ddf9ece0f85?timestamp=1476770265732

Bütün xəbərlər Facebook səhifəmizdə