200 kvadrat kilometr sahəsi olan 9 kənd azaddır MOSULDA

200 kvadrat kilometr sahəsi olan 9 kənd azaddır MOSULDA

İraq hökumət qüvvələrinin Mosulun İŞİD-dən azad olunması istiqamətində hərbi əməliyyatları davam edir. SİA Rossiya 24-ə istinadən xəbər verir ki, hərbi əməliyyatlarda orduya kürd peşmərgə qüvvələri dəstək göstərir. Artıq Mosul ətrafında 200 kvadrat kilometr sahəsi olan və 9 kəndi əhatə edən ərazi azad edilib.

Ancaq buna baxmayaraq, hökumət qüvvələri ciddi itkilər də verməyə başlayıb. Belə ki, İŞİD kamikadzesi Mosula tərəf hərəkətdə olan hərbi kolona bomba yüklü avtomobillə hücum edib, nəticədə 70-ə yaxın hərbçi həlak olub. Hadisə təsadüfən qeyri-peşəkar videoçəkilişlə qeydə alınıb.

Yerli KİV-lər yazırlar ki, terrorçuların əksəriyyəti Suriya ilə sərhədə doğru qaçırlar. Minalanmış şəhərdə qalanlar isə sakinləri özlərinin müdafiəsi üçün canlı qalxan kimi istifadə edirlər.

Fransa və ABŞ HHQ-ri isə Mosula hava zərbələri vurmağa davam edirlər. Qaçqınlar üçün hazırlanmış düşərgəyə artıq 30 min insan toplaşıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə