İranın xarici işlər Məhəmməd Cavad Zərif Lozannada Suriya üzrə keçiriləcək konfransda iştirak edəcək. SİA "Irna"ya istinadən xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Bəhram Qasimi bildirib. O deyib ki, Zərif Suriya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Lozannaya səfər edəcək.
Qeyd edək ki, bu gün Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və bir sıra digər region ölkələri rəsmilərinin iştirakı ilə Lozannada Suriya üzrə beynəlxalq konfrans öz işinə başlayacaq. Danışıqlarda Türkiyə, Misir rəsmiləri, həmçinin BMT-nin xüsusi nümayəndəsi Steffan Misturanın iştirakı gözlənilir. Əsas müzakirə mövzularından birinin atəşkəs rejiminin bərpası olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB