Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Ovannes Ovsepyanın istefaya göndərilməsinə dair siyasi qərar qəbul edilib. SİA-nın məlumatına görə, bu barədə "Joxovurd" qəzeti yazıb.
Nəşrin məlumatına görə, onun yerinə "Qazprom Ermənistan" şirkətinin baş direktoru Vardan Harutyunyanın təyin edilməsi barədə prezident Serj Sarkisyanın müvafiq sərəncamı gələn həftə açıqlanacaq.
O da vurğulanıb ki, kadr dəyişikliyi barədə sərəncamın dərcinin gecikməsi vaxtla bağlıdır: "Bir aydan artıqır ki, hökumətdə həftədə bir dəfə kadrlarla bağlı dəyişikliyin aparılması şousu davam edir və hakimiyyət bu şounu mümkün qədər uzatmağa çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB