Erməni nazir: "Pensiyalar artırılmayacaq"

Erməni nazir: "Pensiyalar artırılmayacaq"

Ermənistanın 2017-ci il üçün dövlət büdcəsində pensiyaların artırılması nəzərdə tutulmur. SİA erməni mətbuatına istinadən xəbər verir ki, bunu parlamentdəki çıxışında Ermənistanın əmək və sosial məsələlər naziri Artem Asatryan deyib. Onun sözlərinə görə, pensiyaların artırılmaması ölkədəki ümumi sosial-iqtisadi problemlərlə bağlıdır.

A.Asatryan bildirib ki, dövlət büdcəsindən sosial müdafiə üçün ayrılan xərclər 30 faiz təşkil edir. Nazir bu sahəyə ayrılan xərclərin az olduğunu etiraf edib və bunu ölkənin qarşılaşdığı problemlərlə əlaqələndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə