Prezident: "Bu səfər Azərbaycan və Vatikan əlaqələrinin inkişafına böyük dəstək verəcək"
"Roma Papasını Azərbaycanda salamlayıram. Keçən il Vatikanda görüşərkən Sizi Azərbaycana dəvət etdim. Bugünkü səfəriniz tarixi bir səfərdir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda səfərdə olan Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşündə söyləyib.
Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycan və Vatikan əlaqələrinin inkişafına böyük dəstək verəcək: "Bu səfər göstərir ki, dinlərarası dialoq yaşayır. Vaitikan muzeylərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr edilmiş sərgi keçirilib. İlk dəfə müsəlman ölkə ilə bağlı belə bir tədbir keçirilib".
Prezident qeyd edib ki, əsrlərlə Azərbaycanda xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayıb: "Azərbaycan həmişə Şərqlə Qərb arasında coğrafi, mənəvi körpü rolunu oynayıb. Ən qədim məscidlərdən biri olan Şamaxı məscidi, qədim Alban kilsəsi, o cümlədən atəşkəs məbədi Azərbaycanda yerləşir. 2008-ci ildə Bakıda katolik kilsəsi açılıb. Bakıda kotolik kilsəsi 1912-ci ildə inşa edilib, ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən digər dini abidələr kimi dağıdılıb. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, katolik kilsəsi yenidən tikilsin. Bu gün Roma Papası həmin kilsədə dini ayin keçirdi. Biz tarixi ədalətsizliyi aradan qaldırdıq".
Prezident İlham Əliyev söyləyib ki, Azərbaycanda dinlər, xalqlar arasında münasibətlər nümunəvi xarakter daşıyır: "Biz 2008-ci ildə Bakı Prosesini başlamışıq. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatına üzvdür. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasını dəvət etdik. Bakıda dünya dini liderlərinin zirvə toplantısı keçirilir. O cümlədən Bakıda Humantar, eləcə də iki ildən bir Mədəniyyətlərarası Forum da keçirilir. Bütün bu tədbirlərdə məqsəd odur ki, dinlər arasında qarşıdurma olmasın. Bunun nəticəsidir ki, BMT Bakıda 7-ci Sivilizasiyalararası Sammitin keçirilməsi barədə qərar verib ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB