Avropa Akademiyası: "Səsvermə beynəlxalq standartlara uyğun keçirilib" SƏS TV
Seçki müşahidəsi üzrə Avropa Akademiyası ötən gün ölkəmizdə keçirilən ümumxalq səsverməsi referendum la bağlı bəyanatını açıqlayıb. SİA-nın xəbərinə görə, bu gün keçirilən mətbuat konfransında çıxış edən müşahidə qrupunun rəhbəri Angelo Farrugia bildirib ki, Akademiyaya 12 Avropa ölkəsindən 35 müşahidəçi daxil olub.
Onun sözlərinə görə, müşahidəçilər 20 dairədə müşahidə aparıb: "Referendum dinc keçirilib. Müşahidəçilər məntəqələrə heç bir maneə olmadan daxil olub. Polis müdaxiləsi müşahid edilməyib. Səsvermənin keçirilməsi ilə bağlı problem olmayıb, barmaqların mürəkkəblənməsi prosesi dəqiq və düzgün aparılıb".
Qrup rəhbəri qeyd edib ki, məntəqələrə müşahidə kameralarının quraşdırılması səsvermənin onlayn şəkildə izlənməsinə şərait yaradıb: "Ümumilikdə səsvermə beynəlxalq standartlara uyğun şəkildə aparılıb. Bir neçə məntəqədə texniki problem qeydə alınıb. Lakin bu səsvermə prosesinə mane olmayıb. Seçki məntəqələrində səslərin sayılması açıq və şəffaf şəkildə həyata keçirilib. Müşahidəçilər bu prosesi sərbəst şəkildə izləyib. Biz Azərbaycanı birgə əməkdaşlığa dəvət edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB