Putin Dumanın sədri vəzifəsinə namizədini açıqlayıb

Putin Dumanın sədri vəzifəsinə namizədini açıqlayıb

Rusiya prezidenti Vladimir Putin yeddinci çağırış Dövlət Dumasının sədri vəzifəsinə Vyaçeslav Volodinin namizədliyini irəli sürüb. SİA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə Putin Dumaya keçirilən seçkilərin yekunlarına dair parlament partiyalarının liderləri ilə görüşündə bildirib. O deyib ki, Dövlət Dumasının yeni sədrinin seçilməsi məsələsi qaldırılıb: "Bu, şübhəsiz ki, deputat korpusunun işidir. Lakin mən və Dmitri Medvedev bütün hallarda "Vahid Rusiya" partiyasının namizədi Vyaçeslav Volodinin namizədliyinin dəstəklənməsini xahiş edəcəyik. İstərdim ki, sizi bu barədə xəbərdar edək. Fraksiya lideri kimi mümkün hesab edirsinizsə, buna birlikdə reaksiya vermək lazımdır".

Putin yeni namizədin Duma sədri işləməklə bağlı kifayət qədər təcrübəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, V.Volodin üç çağırış, 1999-2010-cu illər Rusiya parlamentinin üzvü olub. 2010-cu ilin oktyabrında Rusiya Prezident Administrasiyasının sədrinin müavini vəzifəsində çalışıb. O, 7-ci çağırış Dövlət Dumasına "Vahid Rusiya" Partiyasının ümumi siyahısında deputat mandatı qazanıb. Seçkilər sentyabrın 18-də keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə