Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşlarla sentyabrın 23-də nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qəbulun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.
Həmin tarixdə baş prokuror saat 10:00-da Şirvan Şəhər Prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB