Deputat: “Ölkədə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur” AÇIQLAMA
"Azərbaycan cəmiyyəti inkişaf edir. Bu, istisadiyyatda, cəmiyyətdə, həm də qanunvericilik bazasının təkmilləşməsində özünü göstərir. Ölkədə insan haqlarına yüksək dəyər verilir, ölkə başçısınını apardığı düzgün və gələcəyə hesablanmış siyasi kursu sayəsində siyasi sabitlik tam təmin olunub". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, inkişafın yeni mərhələsinə qədəm qoyması və daha böyük uğurlara imzalar atılması üçün 26 sentyabrda ümumxalq səsverməyə təqdim olunmuş Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin qəbul olunması vacibdir: "Referendum aktına təqdim olunmuş məsələlər Azərbaycan xalqının maraqlarına tam cavab verir və xalqımızın yaxşı yaşamasına, ölkəmizi gələcək təhlükələrdən qorunmasına xidmət edəcək".
Millət vəkili bildirib ki, ölkəmiz üçün belə əhəmiyyətli dəyişikliklər ölkəmizdəki sabit və inkişaf edən həyatını görməyən xarici və daxili qüvvələri narahat etməyə başlayıb: "Əgər ölkədə müxalifət mitinq keçirirsə, sərbəst toplaşaraq öz fikirlərini ifadə edə bilirsə, bud a Azərbaycanda mövcud insan haqlarına hörmətlə yanaşmasının və ölkədə olan yüksək demokratiyanın göstəricisidir. Çox təəssüf ki, özlərini radikal müxalifət adlandıran bir qrupun mitinq keçirmək fikirləri də ölkədəki inkişafın gözü götürməməzliyinə və bəd niyyətli xarici qüvvələrə xidmətinə əsaslanır. Bu qrupun istəyi xarici havadarların maraqlarnı ölkəmizdə həyata keçirməsi və mövcud sabitliyi pozmaqla sabitlik adası adalanan Azərbaycanı müharibə ocağına çevirməkdir. Amma, onlar burada bir məqamı yaddan çıxarıblar ki, Azərbaycanda öz yaxın qohumlarından başqa onları dəstəkləyən heç kim yoxdur.
Artıq Azərbaycan xalqı əyrini düzdən ayıra bilir. Onlar unudublar ki, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu birliyə heç bir xarici qüvvə xələl gətirə bilməz. Referendumla bağlı yerlərdə görüşlərdə ölkə vətəndaşların Konstitusiyada nəzərdə tutulan dəyişiklikləri yüksək dəstəklədiklərini görürük və bir mənalı olaraq hamı ölkəmizin gələcəyini, ölkə başçısının yanında birləşməklə onun siyasi kursunu dəstəkləməkdə gördüklərini ifadə edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB