Bölgələrdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir FOTOLAR

Bölgələrdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir FOTOLAR

Xaçmaz rayonu

Bu gün Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunda seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Xaçmaz bələdiyyəsinin sədri Mahir Fətəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, millət vəkilləri Eldəniz Səlimov və İlham Əliyev iştirak ediblər.

Görüşdə ilk çıxış edən Xaçmaz bələdiyyəsinin sədri Mahir Fətəliyev bildirib ki, hazırda ölkəmiz vacib siyasi proses ərəfəsindədir: "Sentyabrın 26-da ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - Referendum keçiriləcək. Zamanın tələbindən irəli gələrək eyni zamanda bir sıra mühüm hüquqi normalara uyğunlaşdırmaq məqsədilə dəyişikliklər və əlavələr edilməsi zərurəti yaranır. Təklif olunan əlavə və dəyişikliklərlə tanış olduqda məlum olur ki, sənəddə nəzərdə tutulan müddəaların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunur. Bu baxımdan xalqımız öz gələcəyi naminə səsvermədə fəal iştirak edib, sənədi dəstəkləməlidir. Hər kəsi səsverməyə çağırıram".

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, Konstitusiyaya təklif edilən əlavə dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqların müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması və digər məsələlər öz əksini tapır: "Bu sənədin qəbulu həmçinin vətəndaş-məmur münasibətlərində olan problemləri aradan qaldırmaqla yanaşı, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcək. Referendum aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulur. Bir sözlə bir bu sənədə səs verməklə öz gələcək inkişafımızı müəyyən edəcəyik. Xaçmazlıları səsvermədə aktiv olmağa səsləyirəm".

Görüşdə çıxış edən millət vəkilləri Eldəniz Səlimov və İlham Əliyev təklif olunan əlavə və dəyişikliklərin ölkəmizin və xalqımızın gələcək həyatında böyük əhəmiyyətə malik olacağını qeyd ediblər. Onlar bütün Azərbaycan xalqını, eləcədə rayon sakinlərini sentyabrın 26-da məntəqələrə gələrək, Referendum Aktına səsverməyə çağırıblar.

Şamaxı rayonu

"Bələdiyyə" referendum üzrə təşviqat qrupu Şamaxı rayonunda seçicilərlə görüş keçirib. Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin akt zalında keçirilən görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, millət vəkili Cavid Osmanov, BDU-nun hüquq fakültəsinin dekanı Əmir Əliyev, Mədrəsə bələdiyyəsinin sədri Asim Bayramov, Meysəri bələdiyyəsinin sədri Ayşən Hüseynova, rayon ziyalıları, gənclər və digərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - Referendum sentyabrın 26-da keçiriləcək: "Konstitusiya elə bağlı təklif edilən dəyişikliklər çağdaş dövrümüzün tələblərinə uyğundur. Bu dəyişikliklər konstitusiyamızın möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir. Bütün Şamaxı sakinlərini Referendum günü məntəqələrə gəlib öz gələcəyi naminə səs verməyə dəvət edirəm".

Daha sonra çıxış edən millət vəkili Cavid Osmanov söyləyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Onun sözlərinə görə, bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq. Millət vəkili çıxışının sonunda hər kəsi səsverməyə dəvət edib.

BDU-nun hüquq fakültəsinin dekanı Əmir Əliyev yığıncaq iştirakçılarına ümumxalq səsverməsi-Referenduma çıxarılan müddəalar haqqında məlumat verərək qeyd edib ki, sənəddə yer alan məsələlərin hər biri xalqımızın gələcəkdə daha da yaxşı yaşamasına xidmət edəcək: "Sözügedən sənəd gələcəyimizin təminatçısıdır".

Daha sonra söz alan Mədrəsə bələdiyyəsinin sədri Asim Bayramov və Meysəri bələdiyyəsinin sədri Ayşən Hüseynova Şamaxı seçicilərinə səslənərək, onları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Referendum Aktına səs verməyə çağırıblar.

Sonda Şamaxı rayon veteranlar şurasının sədri Ağarza Bayramov rayon ictimaiyyəti adından referendumu dəstəklədiklərini bildirib.

Göyçay rayonu

Bu gün Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Göyçay rayonu Bığır kəndində seçicilərlə görüş keçirib. Bığır kənd Mədəniyyət evinin akt zalında keçirilən görüşdə millət vəkili Elman Nəsirov, Bığır kənd bələdiyyəsinin sədri Seyran Aslanov, rayon Ağsaqqalar Şurasının sədri Atəş Salahov, Göyçay rayon Heydər Əliyev mərkəzinin müdiri Zenfira Əliyeva və rayon seçiciləri iştirak ediblər.

Təbdirdə ilk çıxış edən Bığır kənd bələdiyyəsinin sədri Seyran Aslanov tədbir iştirakçılarına Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib. O bildirib ki, 26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratı həll olunacaq: "Bütün kənd sakinlərini səsverməyə Referentum aktını dəstəkləməyə dəvət edirəm. Əmin olun ki, sənəddə nəzərdə tutulan müddəların əksəriyyəti məhz sizin işıqlı gələcəyinizə hesablanıb".

Çıxış edən millət vəkili Elman Nəsirov söyləyib ki, zərurət yarandıqda bütün dünya ölkələrinin Konstitusiyalarına dəyişiklik edilib və edilir: "Bu gün ölkəmiz beynəlxalq aləmə inteqrasiya edir, dövlətimiz inkişaf edir. Bütün bunlar Konstitusiyada dəyişikliyə ehtiyac yaradır. Təklif olunan əlavə və dəyişikliklər qabaqcıl ölkələrin təcrübəsi nəzərə almaqla, Azərbaycanın özünəməxsus inkişaf yolunu davam etdirmək məqsədi daşıyır. Xalqımızı referendumda hamılıqla iştirakı etməyə, gələcək tərəqqi və inkişafımıza səs verməyə çağırıram".

Daha sonra çıxış edən natiqlər də Referdnumu dəstəklədiklərini və səsvermə günü seçkilərdə aktiv iştirak edəcəklərini bildiriblər.

Samux rayonu

07.09.2016-cı il tarixdə "Bələdiyyə" referendum üzrə təşviqat qrupu Samux rayon şöbəsinin Tədbirlər Planına uyğun olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən seçiçilərlə görüş rayonun Ziyadlı kəndində reallaşıb.

Görüşdə "Yeni Azərbaycan" referendum üzrə təbliğat-təşviqat qrupunun üzvləri - Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosenti, ATU YAP ərazi təşkilatının sədri Hüseyn Budaqov, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosent əvəzi Ceyhun Hüseynov, Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, GDU YAP ərazi təşkilatının sədri Cavid Bağırzadə, Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov, YAP Samux rayon təşkilatının sədri, eyni zamanda "Yeni Azərbaycan" təşviqat qrupunun Samux rayon şöbəsinin sədri Gündüz Bayramov, "Bələdiyyə" təşviqat qrupunun Samux rayon şöbəsinin üzvləri və 200 nəfərdən çox seçici iştirak etdi.

Tədbiri giriş sözü ilə Ziyadlı Bələdiyyəsinin sədri Orxan Əliyev açaraq Referendum Aktı layihəsi barədə seçicilərə məlumat verdi və onları seçki günü aktiv olmağa, Azərbaycanın gələcəyi, inkişafı naminə bu layihəyə "hə" deməyə çağırdı.

Sonra Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək Konstitusiyaya təkilif olunan əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə ərtaflı məlumat verdi. Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərin yaranma zərurəti, əhəmiyyəti barədə danışandı. G.Bayramov bildirdi ki, dəyişiklik ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir.

Tədbirdə iştirak edən "Yeni Azərbaycan" referendum üzrə təbliğat-təşviqat qrupunun üzvləri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Hüseyn Budaqov, Ceyhun Hüseynov, Cavid Bağırzadə və Bəxtiyar Məhərrəmov Referendum Aktı layihəsinin Azərbaycan xalqının rifahına xidmət etdiyini vurğulayaraq, seçicilərin çoxsaylı suallarını cavablandırdılar.

Görüşdə Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov, Qovlarsarı bələdiyyəsinin sədri Müşviq Əhmədov, Qarayeri bələdiyyəsinin sədri Nizami Ələsgərov və digərləri çıxış edərək müstəqil Azərbaycanın Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri bəyəndiklərini, 26 sentyabr referendumunda bu əlavə və dəyişikliklərə səs verəcəklərini bildiriblər.

Şəmkir rayonu

26 sentyabr 2016-cı il tarixində keçirləcək Referendumla əlaqədar "Bələdiyyə" təşviqat qrupu Şəmkir rayonunun Düyərli kəndində seçicilərlə görüş keçirib. Sentyabrın 7-də Şəmkir rayonunun Düyərli kəndində referendum üzrə "Bələdiyyə" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə Şəmkir şəhər Bələdiyyəsinin sədri Vüqar Həsənov açaraq Referendum Aktı layihəsi barədə seçicilərə məlumat verib, ana qanunumuza dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə əlaqədar olduğunu bildirib və onları seçki günü aktiv olmağa, Azərbaycanın gələcəyi, inkişafı naminə bu səsvermədə "HƏ" deməyə çağırıb.

Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Konstitusiyaya əlavə və dəyişikliklərin zamanın tələbi olduğunu diqqətə çatdıraraq, təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə keçirilməsinin əsas tələblərdən olduğunu bildirib. F.Vəliyev əminliklə vurğulayıb ki, prosesin hər bir mərhələsinin uğurla başa çatması, nəticələr haqqında tam təsəvvür yaratmağa imkan verir: "İnanırıq ki, seçicilərimizin hər biri 26 sentyabr ümumxalq səsverməsində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafını xidmət edən əlavə və dəyişikliklərə dəstək olacaq".

Görüşdə çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva Konstitusiyaya ediləcək dəyişikliklərin ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Sona Əliyeva qeyd edib ki, dövr dəyişdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətə çevrilir: "Yeni dövr dəyişikliklər tələb edir. Ona görə də zərurətdən irəli gələrək bəzən Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsinə ehtiyac yaranır. Düşünürəm ki, ümumxalq səsverməsində vətəndaşlar bu dəyişikliyə "hə" deyəcəklər".

Görüşdə çıxış edən seçicilər – kənd Ağsaqqallar Şurasının sədri Zahid Əliyev, Düyərli kənd 2-saylı tam orta məktəbin direktoru Bela İsmayılova və digərləri Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə