Qaradağ
"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təbliğat və təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, kampaniya çərçivəsində növbəti görüş Qaradağ rayonunun Qobustan qəsəbəsinin seçiciləri ilə keçirilib.
"Həmrəy olaq, HƏ deyək" şüarları ilə başlayan görüşdə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi YAP Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir.
A.Hüseynov deyib ki, son 5 ildə ölkəmizdə həyata keçirilən böyük layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində geniş islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində qazanılan nailiyyətlər məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri edir: "Mən əminəm ki, xalqımız ölkəmizin daha da inkişafı, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən bu dəyişikliklərə dəstək verəcək. Sentyabrın 26-da keçiriləcək referendumun nəticələrində biz bu dəstəyi daha aydın görəcəyik. Çünki təklif olunan dəyişikliklər ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir və bu islahatlar xalqımız tərəfindən daim dəstəklənib. Mən bir daha bütün vətəndaşlarımızı referendumda fəal iştirak etməyə və Konstitusiyaya təklif olunan bu dəyişikliklərə səs verməyə çağırıram". Çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə və əlavələrə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcək: "Biz bu gün Konstitusiyaya əlavə və dəyişikliklərdən danışarkən tam məsuliyyətimizlə bildiririk ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq". Görüşdə çıxış edən seçicilər - Qobustan qəsəbə sakini Allahverdi Məmmədov, qəsəbə Aqsaqqallar Şurasının sədri Əliyusif Əliyev və digərləri Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.
Masallı
Sentyabrın 6-da YAP Masallı rayon təşkilatı aparatında referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib. "Həmrəy olaq, hə deyək!" devizi ilə keçirilən görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlardan, demokratik dövlət quruculuğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda Masallının da yeni mərhələdəki intibahından, gündən-günə çiçəklənməsindən və gözəlləşməsindən bəhs edib.
Seyfəddin Əliyev bildirib ki, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə mühüm töfhələr verməsi baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə dəstək verəcək: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən möhtərəm Prezidentimizin yorulmaz fəaliyyətinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir". Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı seçicilərə geniş məlumat verən Seyfəddin Əliyev bildirib ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcək.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Nəriman Əliyev Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışıb. Nəriman Əliyev bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq". Millət vəkili qeyd edib ki, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin şahidi olacağıq: "Həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik.
Gənc YAP üzvü Sahib Əmirəliyev, ilk dəfə səs verəcək seçicilərdən Rəqsanə Ağayeva və başqaları çıxış edərək bildirdilər ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında Referendum aktına bir gənc olaraq HƏ deyəcəyik.




Bu gün 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla əlaqədar "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu "Bələdiyyələr" təşəbbüs qrupu ilə birgə Balakən rayonunda seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, folklor evində baş tutan görüşdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun Balakən rayon qərargahının sədri Azad Balayev bildirib ki, hər bir referendum aktı cəmiyyətin siyasi, iqtisadi barometridir: "Əgər Referendum keçirilirsə, demək ki, ölkədə inkişaf var ki buna ehtiyac yaranıb. Biz hüquqi dövlət quruculuğu çərçivəsində addım atıb təklif olunan əlavə və dəyişikliklərə səs verməliyik".
Tədbirdə söz alan "Bələdiyyələr təşviqat" qrupunun Balakən rayonu üzrə qərargahının sədri Əfqan Səfərov qeyd edib ki, həyatı ehtiyacdan irəli gələn refernedum aktındakı dəyişikliklər bu dəfə bələdiyyə qurumlarına da şamil edilərək, konstitusiya aktına yeni maddə əlavə edilib: "Ümumiyyətlə, Konstitusiyada təklif edilən bütün əlavə və dəyişikliklər Azərbaycan cəmiyyətinin və dövlətimizin inkişafında mühüm əhəmiyyət kəsb edir. Biz bunu dərk etməli və sentyabrın 26-da öz gələcək müqəddəratımızı həll etməliyik".
Görüşdə Balakən rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayev də çıxış edib. O, seçiciləri 26 sentyabrda seçki məntəqələrinə gələrək referendum aktına səs verməyə çağırıb.
Tədbirin davamında Balakən şəhər texniki humanitar təmayüllü liseyin müəllimi Əyyub Abdullayev çıxış edərək Konstitusiya aktına edilən dəyişikliyin yetişməkdə olan gənc nəslin həyatına uğurlar gətirəcəyini, müstəqil Azərbaycanın inkişaf strategiyasında mühüm rol oynayacağını qeyd edib.
YAP fəalları Mehparə Abdullayeva, Mehriban Kazımova çıxış edərək Konstitusiya aktında dəyişikliyin dövlət idarəetmə orqanlarına müsbət təsirindən və yeni yaradılacaq institutların ölkənin idarə olunmasında önəmli rol oynayacağından danışıblar.
Günün ikinci yarısında "Yeni Azərbaycan" təşəbbüs qrupunun Balakən rayon qəraragahında rayon üzrə ilk dəfə səs verəcək 612 gəncin nümayəndələrinin də toplantısı keçirilib. Toplantıda çıxış edən Balakən rayon YAP Gənclər Birliyinin sədri Sarxan Hacıyev Konstitusiya aktına ediləcək dəyişikliyin ilk dəfə səs verəcək gənclərin şahidliyi ilə həyata keçirəcəyini bildirib: "Gənc nəsil müstəqil Azərbaycanın beynəlxalq aləmdə inkişafına istiqamətlənən sənədlə fəxr edir".
Millət vəkili Nəsib Məhəməliyev toplantıda gəncləri maraqlandıran suallara cavab verib.
Oğuz rayonu
Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Oğuz rayonunun Qumlaq kəndin seçicilərlə görüş keçirib. "Həmrəy olaq, hə deyək!" devizi ilə keçirilən tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçiriləcək referendum haqqında məlumat verərək ümumxalq səsverməsinə çıxarılacaq Konstitusiyamıza əlavə və dəyişikliklər haqqında fikirlərini bildirib.
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Aqiyə Naxçıvanlı çıxış edərək Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək bu dəyişikliklərin dövlətçiliyimizin inkişafına böyük töhfələr vərəcəyini bildirib və Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacib olduğunu vurğulayıb.
"Yeni Azərbaycan" təşviqat qrupunun Oğuz rayon şöbəsi üzrə qərargah üzvü Seyidməmməd Quliyev çıxış edərək Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruculuğu prosesindəki geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı və gündən-günə çiçəklənməsindən bəhs edib. O bildirib ki, Konstitusiyaya əlavə və dəyişikliklər günün tələbidir. S.Quliyev həmçinin son illər regionlarda, eləcə də Oğuz rayonunda görülən işlərdən və inkişafdan söz açıb.
Sonda YAP Oğuz rayon Təşkilatının sədri Saleh Məhərrəmov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər əlaqədar hər kəsi seçkilərdə fəal olmağa və Seçki günü hər kəs öz seçki hüququndan istifadə edərək, Azərbaycanın inkişafı naminə səs verməyə çağırıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB