Referendum öncəsi təşviqat başlayır

Referendum öncəsi təşviqat başlayır

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla əlaqədar təşviqat bu gündən başlayır. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, təşviqat sentyabr ayının 3-də başlayır.

Təşviqat sentyabr ayının 25-i, saat 08:00-da başa çatır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə