Ermənilər hələ də aprel hadisələrinin acısını yaşayır TƏHLİL

Hətta İrəvanda baş vermiş iyul hadisələri bu mövzunu üstələyə bilməyib
Ermənilər hələ də aprel hadisələrinin acısını yaşayır TƏHLİL

Ermənilər aprel savaşından sonra hələ də özlərinə gələ bilməyiblər. Bu mövzu ölkə mediasında əsas məqalə kimi ön sırada qalmaqdadır. Hətta iyul ayında "Sasna-Srer" qruplaşmasının Ermənistanın paytaxtında yaratdıqları səs-küy belə, aprel hadisələrini qabaqlaya bilməyib. Bu isə belə deməyə əsas verir ki, Serj Sarkisyan iqtidarının üzərinə hompuş məğlubiyyət tozu daha da qalınlaşaraq silinməz hala gəlib. Ümumiyyətlə, aprel müharibəsindən sonra bu ölkədə yaşanan hadisələr – istər iqtisadi böhran, istər insanların kütləvi şəkildə ölkəni tərk etməsi və s. olaylar hələ çox müddət davam edəcək.

Politoloq Aleksandr İskəndəryan Rusiyanı qıcıqlandıracaq fikirlər səsləndirib və sonradan düzəlişlər edib

Müşahidə olunan məqamlardan biri də erməni mətbuatında artıq məğlubiyyəti etiraf edən bənzər fikirlərin bir-birini tez-tez əvəzləməsidir. Məsələn, Ermənistanın Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İsgəndəryan jurnalistlərlə söhbətində deyib ki, aprel müharibəsindən sonra Qarabaq münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş olunsa da hazırda bu fəallıq görünmür. Maraqlıdır ki, aprel müharibəsinə qədər ATƏT-in Minsk qrupu ilə bağlı heç vaxt mənfi fikirlər səsləndirməyən ermənillər indi bu qurumu necə deyərlər, "ağ yuyub, qara səriblər". Bu baxımdan, İsgəndəryanın fikirləri də maraqlı görünə bilər. "Dördgünlük aprel müharibəsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri fəallıq göstərirdilər. Onlar məsələnin həlli istiqamətində cəhdlər göstərərək, müxtəlif bəyanatlarla çıxış edir, fikirlərini bildirirdilər...Lakin münaqişənin həlli variantı yenə də həll olunmamış qaldı".

Ancaq erməni politoloq onsuz da son zamanlar Ermənistanın əlindən möhkəm qəzəb hissi keçirən, anti-Rusiya ab-havasından məmnun olmayan Rusiyanı qıcıqlandırmamaq üçün fikirlərində düzəlişlər edərək deyib ki, Minsk qrupunda yalnız Rusiyanın fəallığı müşahidə olunur ki, həmin fəallıq nəticəsində aprel ayı ilə nisbətdə hazırda sərhədlərdə müəyyən sabitlik yaranıb. Təbii ki, Aleksandr İsgəndəryan bununla belə dolayı yollarla Rusiyaya əvvəlki kimi etibar etmədiklərini növbəti ifadələri ilə sübuta yetirmiş olub: "Lakin sülh əbədi olaraq qalmayacaq. Eskalasiya (burada Azərbaycanın hücumu nəzərdə tutulur – R.N.) mümkündür. Bunun qarşısını almaq üçün isə siyasi faktorlar, mexanizmlər yoxdur".

Seyran Ohanyanın mətbuat konfransına qatılan jurnalistlər niyə gülüşüblər?

Göründüyü kimi, Ermənistanda nala-mıxa döyəcləyən politoloqlar vəziyyətin onların xeyrinə olmadığını istər dolayı, istərsə də birbaşa münasibətdə etiraf edilrlər. Eyni zamanda növbəti savaşın başlaması qorxusu ilə yaşayırlar.

Ancaq bugünlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın səsləndirdiyi fikirləri də ilgincliyi ilə seçili. Məsələn, erməni nazir də jurnalistlərlə söhbətində deyib ki, cəbhə bölgəsində vəziyyət sakitdir və qarşı tərəflər çox az sayda silah işlədirlər. Ohanyan bu məsələdə Azərbaycan Siulahlı Qüvvələrini ittiham etməyi unutmayaraq deyib ki, guya ara-sıra atəşkəs rejimi pozulsa da, erməni tərəfi "başıpozuq" atəşlərə əhəmiyyət vermir.

Lakin Seyran Ohanyan kifayət qədər zəif və məğlub durumda olan erməni ordusu barədə yenidən "mif" yaratmağa çalışıb. Jurnslistin "İndiki vəziyyəti fırtına qabaqkı sakitlik kimi qiymətləndirmək olarmı" sualını cavablandıran erməni nazir Ermənistan silahlı qüvvələrinin "istənilən hərəkətlərə qarşı cavab vermək gücündə" olduqlarını deyib və...

Və mətbuat konfransına qatılmış media təmsilçiləri Ohanyanın bu fikirlərini gülüşlə qarşılayıblar. Çünki aprel müharibəsinin qara buludları hələ də Ermənistan üzərində qalmaqda davam edir.

Göründüyü kimi, Ermənistan ictimaiyyəti demək olar ki, hər gün səksəkə və təlaş hissləri ilə yaşayırlar. Artıq dövlət nümayəndələrinin havaya danışdıqları cəfəngiyyatlarla doymuş olan ictimai rəy demək olar ki, qısa zaman kəsimində növbəti reallıqla – vaxtilə işğal olunmuş Qarabağ itkisi ilə qarşılaşmalı olacaqlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə