Təranə Kərimova: "Mehriban Əliyeva Azərbaycan həqiqətlərini dünyaya çatdırır"
"Mehriban xanım Əliyevanın Azərbaycanın haqq və ədalətli səsinin dünyaya çatdırılmasında çox böyük xidmətləri vardır. YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasını qeyd etmədiyi bir çıxışını belə xatırlamaq çətindir". Bu fikirləri YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın doğum günü ilə bağlı açıqlamasında bildirib.

T.Kərimova Mehriban xınım Əliyevanın təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb: "Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond Azərbaycan həqiqətlərini, Xocalı faciəsini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, təkcə Azərbaycana deyil, bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən, bir çox dillərdə kitablar nəşr etdirir, filmlər hazırlayıb dünya ictimaiyyətinə doğru bilgilərin çatdırılması istiqamətində misilsiz işlər görür. O, YUNESKO ilə yanaşı, həm də müsəlman dünyasını özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının ən böyük qurumu olan İSESKO-nun da xoşməramlı səfiridir və bu vəzifədə də müsəlman dünyasını layiqincə təmsil edir. Sivilizasiyalararası, mədəniyyətlərarası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban Əliyevanın ötən illər ərzində gördüyü işlər təşkilat tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir və aldığı mükafatlar bunun bariz göstəricisidir. Onu doğum günü münasibətilə təbrik edir, can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıram".
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB