İtaliya səfirliyində xatirə kitabı açılacaq

İtaliya səfirliyində xatirə kitabı açılacaq

İtaliyanın Azərbaycandakı səfirliyində bu ölkədə baş verən zəlzələ qurbanlarını yad etmək üçün xatirə kitabı açılacaq. SİA İtaliyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, kitab 30-31 avqust tarixlərində saat 10:00-dan 13:00-dək açıq olacaq.

Qeyd edək ki, İtaliyanın mərkəzində baş vermiş zəlzələ zamanı 270-dən çox insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə