Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) seminar-müşavirələrin açılışı olub. SİA-nın məlumatına görə, açılışda MSK-nın sədri Məzahir Pənahovun, "Referendumun hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti" mövzusunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin, "Referendumda iştirak hüquqlarının konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri" mövzusunda Milli Məslisin sədrinin birinci müavini Ziyafət Əsgərovun, "Referendum prosesində ədliyyə orqanlarının rolu və fəaliyyəti istiqamətləri" mövzusunda Ədliyyə nazirinin müavini Azər Cəfərovun, "Referendumda iştirak hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu" mövzusunda Rüstəm Usubovun, "Referenfum prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri" mövzusunda Daxili işlər nazirinin müavini Oruc Zalovun, "Referendumda iştirak hüquqlarının məhkəmə müdafiəsi, seçki və referendum prosesində şikayətlər və onlara baxılma təcrübəsi" mövzusunda Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevin, "Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişiklik edilməsinə dsir tələblər" mövzusunda Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin çıxışları dinləniləcək.
Daha sonra fasilə elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB