Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq. SİA-nın məlumatına görə, bunu RİA Novosti agentliyinə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
"Biz prezident Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq səylərini alqışlayırıq", - amerikalı həmsədr bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda təhlükəsizliyi təmin etmək məqsədilə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi hər zaman münaqişənin həllinin bir hissəsi kimi nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB