Medvedev Abramyanla ayrıca görüşdən imtina edib KİV

Medvedev Abramyanla ayrıca görüşdən imtina edib KİV

Rusiyanın baş naziri Dmitri Medvedev ermənistanlı həmkarı Ovik Abramyanla Soçidə ayrıca görüşün keçirilməsindən imtina edib. SİA-nın məlumatına görə, bu barədə Ermənistanın "Aykakan jamanak" qəzeti yazıb.

Nəşrin məlumatında deyilir ki, avqustun 12-də Soçidə Avrasiya İqtisadi Birliyinin baş nazirlərin iştirakı ilə Hökumətlərarası Şurasının iclası başlayıb: "Hər il şuranın belə iclasları keçirilir. Abramyan hər dəfə Medvedevlə ayrıca görüşməyi xahiş edir, lakin müsbət cavab almır. Abramyan Medvedevlə may ayında görüşə bilib ki, bu da həmin iclasın Ermənistanda keçirilməsi səbəbindən mümkün olub".

Bütün xəbərlər Facebook səhifəmizdə