AŞPA Komitəsində Azərbaycana dair hesabata baxılacaq

AŞPA Komitəsində Azərbaycana dair hesabata baxılacaq

Sentyabrın 22-23-də Albaniyanın paytaxtı Tiranada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclası olacaq. SİA AŞPA-nın saytına istinadən xəbər verir ki, iclasın gündəliyinə qurumun Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Predanın 15-17 iyun tarixlərində ölkəmizə faktaraşdırıcı səfərlərinə dair hazırladıqları hesabat layihəsi daxil edilib. Həmşinin, iclasda AŞPA-da Monitorinq Komitəsi çərçivəsində fəaliyyət göstərən Avropa Şurasına üzv dövlətlər arasında münaqişələr üzrə xüsusi Alt Komitənin sədri Şennakın hesabatı təqdim olunacaq.

Xatırladaq ki, həmməruzəçilər səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və MSK sədri Məzahir Pənahovla görüşüblər. Onlar 90-cı seçki dairəsinə keçirilən təkrar parlament seçkilərində beynəlxalq müşahidəçi kimi AŞPA-nı təmsil ediblər.

Pərvanə Sultanova

Bütün xəbərlər Facebook səhifəmizdə