Rusiya Ermənistana qoşun yeridəcəkmi? ŞƏRH

Rusiya Ermənistana qoşun yeridəcəkmi? ŞƏRH

"Rusiyanın Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün İrəvana qoşun yeritməsi ilə bağlı yayılan məlumatlar cəfəngiyatdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Rusiyanın bu cür addım atması üçün siyasi zəmin yaranmayıb: "Ümumiyyətlə, bu digər hallarda da reallaşa bilməz. Çünki, Rusiya bu cür addımı ilə beynəlxalq təşkilatar və müttəfiqləri tərəfindən tənqidə məruz qalmaqla yanaşı, qınaq obyektinə çevrilə bilər. Ola bilsin kimsə bu addımın atılmasını istəsin. Lakin bu, reallıqdan uzaq olan bir məsələdir".

Azərbaycan və Ermənistan prezidentlərinin avqust ayında baş tutması nəzərdə tutulan görüşü haqqında fikirlərini bildirən politoloq növbəti görüşü aparılan danışıqların davamı kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu görüşdə hər hansı bir sənəd imzalana bilməz: "Sənədin imzalanması üçün onun ilkin vairantı və vahid fikir olmalıdır. Lakin Ermənistan tərəfinin vahid fikri yoxdur. Burada yalnız digər görüşlərdə olduğu kimi ümumi bəyənnamən imzalana bilər".

"Hazırda Ermənistanda olan vəziyyət münaqişənin həlli ilə bağlı nikbin proqnozlar verməyə əsas vermir. Lakin münaqişənin həlli ilə bağlı çox şey həmsədrlərdən və ən əsas da Rusiyadan asılıdır. Ermənistanın münaqişənin həllindən qaçmaq cəhdi aydındır. Əgər həmsədr ölkələr vahid iradə göstərib, düşmən ölkəyə təzyiq etməsə, o zaman danışıqlar prosesindən müsbət heç nə gözləməyə dəyməz"- deyə, İ. Vəlizadə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə