AXCP paytaxtda pulsuz dönər paylayacaq BİABIRÇILIQ!

AXCP paytaxtda pulsuz dönər paylayacaq BİABIRÇILIQ!

AXCP zaman-zaman yersiz, heç bir məntiqə sığmayan addımları ilə gündəmdə qalmağa çalışıb. Yadınızdadırsa, 2006-cı ildə AXCP-nin yaradılmasının növbəti ildönümü münasibətilə paytaxtda 2 manatlıq kontur paylanırdı. AXCP sədri bu dəfə də fərqli, eyni zamanda gülünc bir üsula əl atıb. Belə ki, Əli Kərimli AXCP-nin 27 illiyi münasibətilə paytaxtın Nizami (keçmiş Tarqovı) küçəsində pulsuz dönər və şaurma paylamaq qərarına gəlib.

SİA-ya daxil olan məlumata görə, bununla bağlı cəbhəçilər sosial şəbəkədə event yaradıblar. Sosial şəbəkədə Kazım Alibekovun yaratdığı eventi olduğu kimi oxucularımıza çatdırırq: "AXCPin 27 illiyi münasibəti ilə havayı dönər və şaurma paylayırıq. Dinindən, irqindən, cinsindən, bioloji yaşından, İQsündən, Pokemon Go oynayıb/oynamamasından və siyasi dünya görüşlərindən asılı olmayaraq Bakıda qalan bütün dost-tanışlarınıza deyin. Hamıya çatacaq qədər dönər və şaurma hazılayacağıq. Keçən dəfə Ramazan bayramında olduğu kimi. Elə bilin ehsandır. Gəlmək istəyənlər eventə qoşulsunlar. Şənbə günü axşam qoşulan şəxslərə şifrə sözü deyəcəyik. Həmin gizli sözdən istifadə edərək havayı dönərlərinizi, şaurmalarınızı alacaqsınız".

Qeyd edək ki, cəbhəçilərin növbəti yersiz aksiya şouları sosial şəbəkələrdə lağ obyektinə çevrilib.

Belə görünür ki, AXCP 27 illiyini "yüksək səviyyə"də qeyd edəcək. Tarix boyu fəaliyyət göstərən bütün partiya və siyasi təşkilatların yübileyləri irimiqyaslı tədbirlərlə qeyd olunub. Şübhəsiz ki, heç bir sosial bazası olmayan AXCP-nin yubileyi münasibətilə Ə.Kərimlinin dönər paylama "taktikası" gülünc bir hadisə kimi yadda qalacaq. Pulsuz dönər paylamaqla özünə tərəfdar yığa biləcəyini zənn edən Ə.Kərimlini bu addımı atmağa vadar edən əsas səbəb səriştəsizliyi, məsuliyyətsizliyi və fəaliyyətsizliyidir. Siyasi səhnədə qalmağın yeni "üsulu"nu tapdığına görə, Avropa Ə.Kərimliyə mütləq alqış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə