Partiya rəsmisi: “Ərdoğan Heydər Əliyevin yolu ilə Türkiyəni xilas etdi” MÖVQE
"Dünən gecə qardaş Türkiyə dövlətində hərbi yolla edilən çevriliş cəhdi Azərbaycan cəmiyyətində də çox ciddi narahatlıqla qarşılandı. Siyasi partiya nümayəndələri də öz növbəsində baş vermiş hadisəyə çox kəskin mövqey nümayiş etdirirlər". Bunu SİA-ya açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib.
Türkiyə də baş verənlərin yolverilməz olduğunu deyən BAXCP rəsmisi söyləyib ki, qardaş ölkədə çevriliş cəhdi müdrükcəsinə alındı: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin yolu ilə getdi. O gecə saatlarında xalqa müraciət edərək onları meydanlara çağırdı və xalqın böyük dəstəyi hadisə aradan qaldırılmış oldu. Hər kəsə məlumdur ki, 1990-ci illərdə Azərbaycanda da buna bənzər hadisə baş vermişdi və o zaman Ümumilli Lider Heydər Əliyev gecə saatlarında insanlara çağırış edərək Azərbaycanın müstəqliyini qorumağa dəvət etdi. Bir neçə saata yüz minlərlə insan küçələrə axışdı və nəticədə Ulu Öndər xalqla birgə Azərbaycanın müstəqliyini qorumaqla ölkəmizi parçalanmadan xilas etdi. Türkiyə prezidenti də məhz bu yoldan istifadə etməklə Türkiyəni qorudu və hakimiyyəti əl keçirmək istəyən bir qrup hərbiçi xalqın dəstəyi ilə zərərsizləşdirdi".
N.Orduxanlı söyləyib ki, bu hadisələri törədənlər layiqli cəzasını almalıdır: "Türkiyə ilə Rusiya arasında olan problemlərin aradan qaldığı bir zamanda bu hadisənin baş verməsi təsadüfi deyil. Görünür bəzi dairələr Türkiyə-Rusiya yaxınlaşmasını hələ də həzm edə bilmirlər. Amma butün bunlara baxmayaraq, Azərbaycan cəmiyyəti hər zaman qardaş Türkiyənin yanındadır və onun acısını öz acısı kimi qarşılayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB