Elmar Məmmədyarov: “Münaqişədə tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunur”

Elmar Məmmədyarov: “Münaqişədə tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunur”

"Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyaın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov intensiv müzakirələr apardı. Azərbaycan Prezidenti Sergey Lavrovu Bakıya gələndən dərhal sonra qəbul etdi. Fəal müzakirələr aparıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişləri müzakirə etdik. Bundan əvvəl Lavrov Yerevanda olaraq müzakirələr apardı. Prezidentlərin Sankt-Peterburq görüşündə əldə etdiyi razılığa əsasən bu səfərlər təşkil edildi". SİA-nın məlumatına görə, bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Elmar Məmmədyarovun sözlərinə görə, münaqişədə tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunur: "Azərbaycan yanaşması ondan ibarətdir ki, intensiv bir mərhələdəyik. Minsk qrupunun həmsədrləri də bu prosesdə fəal şəkildə prosesdə iştirak edir. Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq görüşündən sonra Fransa və ABŞ prezidenti ilə telefonla danışdı. Biz Varşavada olarkən Fransa prezidenti və ABŞ dövlət katibi ilə də görüşdük. Çalışırıq ki, hələ də razılaşdırılmamış məsələlərlə bağlı irəliləyiş əldə edə bilək. Nəticə etibarilə münaqişənin həllində hərbi komponent regional və qlobal səviyyədə böyük təhdid təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə