"Region üçün təhlükə yaradan "Metsamor" Atom Elektrik Stansiyası (AES) Rusiya tərəfindən tikilib və qonşu ölkə 23 il bundan öncə onun ikinci blokunun açılışında iştirak edib. Məhz buna görə də Rusiya hazırda "Metsamor" AES-in bağlanmasında maraq göstərmir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Rusiya mütəxəssislərinin "Metsamor"un təhlükəsizliyi haqda qarant verdiklərini dilə gətirən politoloq söyləyib ki, hazırda AES-də aparılan yoxlamalar zamanı Rusiya onun daha 10 il müddətində işləməsinə qarant vermək fikrindədir: "Belə olan halda, Rusiya əlbəttə ki onun bağlanmasını istəmir. Rusiya hətta "Metsamor"un regionda təhlükə törətdiyini bildiyi halda, imicini korlamaq, özünün bu sahədəki formalaşmış nüfuzuna zərbə vuracaq addım atmaq istəmir".
Q. Hüseynli söyləyib ki, Rusiyanın "Metsamor" AES-in bağlanmasında maraq göstərməməsinin digər səbəbləri də mövcuddur: "Bura Ermənistanla olan strateji müttəfiqlik də daxildir. Rusiya sazişə uyğun olaraq Ermənistanı bir çox sahələrlə yanaşı,"Metsamor" AES-lə bağlı məsələdə də müdafiə edir".
Politoloq qeyd edib ki, bütün bunlara baxmayaraq, digər ölkələr "Metsamor"un bağlanması təşəbbüsünün üzərində möhkəm dayansalar o zaman nəyəsə nail olmaq mümkündür: "Metsamor demək olar ki, heç bir ölkələrdə istifadə edilir, bağlanıb. Bundan başqa, sözügedən atom elektrik stansiyası seysmik zonada yerləşir. Burada güclü zəlzələ baş verərsə, o zaman region üçün böyük təhlükə yarana bilər. Bu baxımdan hesab edirəm ki, daha düzgün analiz, sözügedən atom elektrik stansiyasının bağlanmasına gətirib çıxa bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB