Əli Orucov: “Etibar Məmmədovun AMİP-ə sədrlik etməsi gündəmdə deyil” AÇIQLAMA

Əli Orucov: “Etibar Məmmədovun AMİP-ə sədrlik etməsi gündəmdə deyil” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) nəzərdə tutulan dəyişikliklər köklü dəyişikliklər deyil". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.

Onun sözlərinə görə, AMİP-in əsas ana xətti, əsas müddəları öz qüvvəsində qalır: "Sadəcə olaraq müəyyən prosedur qaydaları var. O mənada demək istəyirəm ki, ciddi dəyişikliklər nəzərdə tutulmayıb".

Etibar Məmmədovun AMİP-ə yenidən sədr qayıtması məsələsinə gəlincə isə bu, ümumiyyətlə gündəmdə deyil: "Bu gün AMİP ən yüksək mövqedədir. Partiyanın imici müvafiq Nizamnamə ilə də təsdiqlənmişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə