Milli Məclisin bu gün keçirilən iclasında komitələrdən birində dəyişiklik edilib. SİA-nın xəbərinə görə, deputat Sona Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib.
Xanım deputat parlamentin Daxili Nizamnaməsinin 36-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq komitənin tərkibindən çıxarılıb. Nizamnaməyə görə, S. Əliyeva bundan sonra İnsan hüquqları komitəsinin tərkibində yer alacaq.
Qeyd edək ki, dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB