"Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığı Rusiyanın regionda – Qafqazda gücünün azalmasına, Ermənistanın isə çətin vəziyyətə düşməsinə gətirib çıxara bilər". Bunu SİA-ya açıqlamasında hərbi politoloq Ramil Məmmədli Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin Qəbələ görüşünü şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan balanslaşdırılmış hərbi əməkdaşlığa üstünlük verməsinə baxmayaraq, rəsmi Bakı bu şəkildə də əlaqələrinin inkişaf etdirilməsində maraqlı olamlıdır: "Əlbəttə, bu görüşlər hansısa hərbi blokun yaradılması məqsədi daşımır. Lakin strateji əməkdaşlığın inkişaf etdirilməsi baxımından vacib yaxınlaşmadır. Hesab edirəm ki, şimaldan gələ biləcək bütün narahatlıqlara baxmayaraq, öz marağımız naminə hərbi sahədə bu ölkələrlə əməkdaşlığı davam etdirə bilməyimiz yalnız təqdir olunmalıdır".
Onun sözlərinə görə, bu formatlı görüşlər bölgədəki sülhün bərqərar olunması üçün də önəmli amillərdən biridir.
Hərbi politoloq Qəbələ görüşündən müəyyən gözləntilərinin olduğunu da söyləyib: "Türkiyə NATO-ya üzv ölkədir. Gürcüstan isə bu istiqamətdə ciddi addımlar atır. Azərbaycan da NATO ilə inteqrasiya yolundadır. Bu baxımdan nazirlər səviyyəsində ənənəyə çevrilən bu görüşlərin davamlı olması Azərbaycana yalnız müsbət bir şeylər verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB