Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Sevinc Hüseynova, Sədaqət Vəliyeva bu gün Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbrə görə, millət vəkilləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığı tərəfindən təşkil olunmuş tədbirdə iştirak edəcəklər. Yığıncaqda səhiyyə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər, ailə institutunun və dəyərlərinin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər mayın 14-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB