“Lragir.am”ın baş redaktoru Ermənistan hakimiyyətini belə TƏNQİD ETDİ
Erməni nəşri "Lragir.am"ın baş redaktoru Haykazn Qaqriyan qondarma "dqr" və Ermənistan hakimiyyətinin güc strukturlarını kəskin şəkildə tənqid edib. Belə ki, o Ermənistan hakimiyyətini hərbi uğursuzluqlarını qəbul etmədiklərinə görə tənqid edib. SİA xəbər verir ki, baş redaktorun yazdığına görə, erməni ordusunda ciddi talehsizlik yaşanır: "Dünən Ermənistan silahlı qüvvələrinin baş qərargahının rəisi Yuri Xaçaturov "artsaxa" (Xankəndinə-red.) gedib və "prezident" Bako Saakyanla görüşüb. Apreldə baş verən hərbi əməliyyatlar zamanı onların hər ikisi özünü ziddiyyətli aparıb. Bu mənada ki, hər ikisi Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu ərazidə toplanmasından, yerdəyişmələr etdiyindən xəbərdar idilər. Bako Saakyan hərbi əməliyyatlardan sonra bunu etiraf etdi. Lakin Xaçaturovla bağlı KİV-lərdə belə bir məlumat yayıldı ki, əməliyyatlar başlayanda o bilyard oynayıb və kəşfiyyatın məlumatlarna etinasız yanaşıb".
Qaqriyan dördgünlük müharibədə erməni ordusunun məğlubiyyətini etiraf edib: "Nəyə görə, heç kim erməni tərəfinin öz əvvəlki mövqelərindən geri çəkilməsini, atəşkəs çağırışları etdiyini, itirilən torpaqları sual kimi qaldırıb bunu mzakirəyə çıxarmır. Hərbi rəhbərliyin davranışları ziddiyyətlidir. Xüsusilə, müdafiə naziri Seyran Ohanyan hələ də bəyan edir ki, "çox az" sayda mövqelər əldən verilib. Başa düşmək olmur, "çox az" nə deməkdir? Onlar nə qədər susqun davranmağa cəhd etsələr də bütün bu suallar qarşılarında qaldırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB