Azər Həsrət: “Müxalifət birliklərinin yaradılması həmişə nəticəsiz olub” MÜNASİBƏT

"Ümumiyyətlə hər kəsin öz təşəbbüsünü irəli sürmək azadlığı var. Hesab edirəm ki, ona sayqı ilə yanaşılmalıdır. Amma təcrübədən çıxış etsək görərik ki, müxtəlif qrupların, müxalifətin birliyinin yaradılmasının, eyni formatda toplaşmasının 10 illərdir ki şahidi olmuşuq. Lakin bu birliklərin yaradılması da həmişə nəticəsiz qalıb. Onlar bir araya gəlməyə nə qədər çalışsalar da hər şey əksinə olub". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət deyib.

Onun sözlərinə görə, indiki şəraitdə Pənah Hüseyn müxalifətin birliyi yaratmaqla heç bir nəticə əldə edə bilməyəcək: "Hazırda Azərbaycan hakimiyyətinin mövqeyi, xüsusən də ictimai rəydəki mövqeyi həddən artıq möhkəmdir. Qarabağda baş verən uğurlu əməliyyatlardan sonra isə Azərbaycan hakimiyyətinin reytinqi çox yüksəlib. Belə bir şəraitdə müxalifətçilik ideyasının daha da qabarıq göstərilməsi elə indidən uğursuzluğa düçar olub. Amma Azərbaycan demokratik bir dövlətdir. Bu ölkədə hər kəs öz fikrini sərbəst şəkildə ifadə etməkdə azaddır".

Bütün xəbərlər Facebook səhifəmizdə