Deputat: “Ermənistanın məqsədi ərazilərimizi siyasi alver kimi istifadə etməkdir” MÜNASİBƏT

Deputat: “Ermənistanın məqsədi ərazilərimizi siyasi alver kimi istifadə etməkdir” MÜNASİBƏT

"Ermənistan danışıqlar aparmır, sadəcə danışıqları imitasiya edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, Ermənistanın belə etməsinə səbəb beynəlxalq hüquq normalarını pozmasına baxmayaraq cəzalandırılmamasıdır: "Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqları dünya tərəfindən qəbul edilməməli və beynəlxalq təşkilatlar onların işğalçılıq siyasəti ilə bağlı qərar verməlidirlər. Çox təəssüf bu edilmir və ona görə Ermənistan tərəfindən münsaqişənin həlli istiqamətində hər hansı müsbət addımlar atılmır. Bəzən beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsini dondurmağa cəhd edirlər. Lakin münaqişə dondurula bilməz. Ermənistan tərəfi hər gün təxribatlara əl atır və bunun nəticəsində mülki əhali ziyan çəkir. Onların evləri dağılmaqla yanaşı, günahsız yerə yaralanır, hətta həyatlarını itirilər. Bununla bağlı BMT, ATƏT-in Minsk qrupunun həmsədrləri, digər beynəlxalq təşkilatlar, eləcə də dünyanın nüfuzlu ölkələri mövqelərini beynəlxalq hüququn normalarına uyğunlaşdırmalıdırlar".

Millət vəkilinin sözlərinə görə, ciddi, real danışıqların başlanması üçün ilk növbədə işğal olunmuş ərazilər azad edilməli, BMT-nin qətnamələri icra edilməlidir: "Yalnız bundan sonra real danışıqlar başlaya, qarşılıqlı inam arta bilər. Ermənistan status-kvonu saxlamaq niyyətindədir və onun məqsədi Azərbaycan ərazilərini siyasi alver kimi istifadə etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə