Rusiyalı siyasi xadimdən ermənilərə SİLLƏ KİMİ CAVAB

Alfred Kox: “Sizin özünüz də “soyqırımının” baş verdiyinə inanmırsınız”
Rusiyalı siyasi xadimdən ermənilərə SİLLƏ KİMİ CAVAB

"Mən bir şeyi anlamıram ki, siz nəyə görə türklərin "erməni soyqırımını" tanıması üçün bu qədər inadlı cəhdlər edirsiniz? Necə yəni, əgər onlar "soyqırımını" tanımasalar onda ümumiyyətlə, bu hadisə baş verməyib? Məgər sizin "soyqırımını" tanımanız bəs etmirmi? Əgər "erməni genosidi faktı" yerin kürə formasında olduğu qədər mübahisəsizdirsə, nəyə görə qarşı tərəfə bu qədər iddia ilə çıxış edirsiniz?". SİA xəbər verir ki, bu fikirləri hazırda Almaniyada yaşayan Rusiyanın tanınmış ictimai-siyasi xadimi Alfred Kox öz "facebook" səhifəsində yazıb.

A.Kox qondarma "soyqırımı" ilə bağlı erməni iddialarını maraqlı fikirlərlə sual edib: "Əgər kimsə yer kürəsinin düzəngah olduğunu iddia etsə, o kürə şəklindən çıxacaq? Okey, təsəvvürünüzə gətirin ki, dəmir barmaqlıqlar arasında yüzlərlə cinayətkar var və onlar sübut olunmuş cinayətlərini inkar edirlər. Əgər ortada faktlar varsa, onlar nəyə görə öz cinayət əməllərini rədd edirlər? Ey, ey! Siz türklər qarşısında bu qədər inadkarlıq göstərərək, istədiyinizi almağa çalışırsınızsa, istər-istəməz belə bir fikir formalaşır ki, sizin özünüz də baş verənlərə ("soyqırımına"-red.) o qədər inanmırsınız... Əvvəl-axır gedin beynəlxalq məhkəməyə müraciət edin. Qoy məhkəmə hökm çıxarsın və bu məsələni birdəfəlik bağlayın".

Qeyd edək ki, Alfred Kox bundan öncə də bir neçə dəfə dünya ermənilərinin 1915-ci il qondarma soyqırımı ilə bağlı iddialarına sərt münasibət bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə