Musa Quliyev: “VII Qlobal Forumun Azərbaycan üçün əhəmiyyəti böyükdür” AÇIQLAMA

Musa Quliyev: “VII Qlobal Forumun Azərbaycan üçün əhəmiyyəti böyükdür” AÇIQLAMA

"BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun nəinki ölkəmiz, eləcə də bütün dünya üçün böyük əhəmiyyəti var". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, dünyada gedən son proseslər göstərdi ki, bütün cəmiyyətin harmoniyaya, tolerantlığa və birliyə ehtiyacı var: "Bu kimi forumların keçirilməsi də artıq bir ənənə şəklini alıb. Artıq Azərbaycan dünyada qlobal forumların bir məskəni, mərkəzi kimi tanınmaqdadır. Bu forumun birinci növbədə əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycancanı bir daha dünyaya tanıdırıq. İkincisi, dünyanın müxtəlif ölkələrindən gələn insanlar (ziyalılar, alimlər, siyasətçilər, ictimai xadimlər və s.) Azərbaycan həqiqətlərini görürlər və öz ölkələrindən dünyaya bunu çatdırırlar ki, Azərbaycan necə sivil, mədəni və inkişaf etmiş ölkədir. Eyni zamanda Azərbaycana qarşı həmişə mövcud olan erməni təxribatının, yalanının ifşa olunmasında onların çox böyük əziyyəti var".

M.Quliyev əlavə edib ki, dünyanın hər yerindən bu cür forumlara gələn insanlar görəndə ki, Azərbaycanda bütün mədəniyyətlərə, millətlərə, dinlərə hörmət var və hər bir insan Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşaya bilir bu zaman erməni yalanları da faş olur: "Məlum olur ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları tam əsassız bir arqumentlər üzərində qurulub. Görürlər ki, Azərbaycanda islam mədəniyyəti ilə yanaşı, provoslav, katolik, yəhudi mədəniyyəti inkişaf edir. Bu mənada Azərbaycanın tanınmasında, ölkəmizin mədəniyyətinin dünyaya bu kimi forumların əhəmiyyəti böyükdür. Digər tərəfdən bizim ictimai, siyasi, elmi əlaqələrimizin genişlənməsidir. Məsələn, ölkəmizə gələn, forumda iştirak edənlərin çoxusu dünyanın tanınmış alimləri, nobel mükafatçılarıdır. Onlar bizim alimlərlə görüşürlər və dünya elminin yeniliklərini bizimlə bölüşürlər. Həmçinin də Azərbaycan elminin, mədəniyyətinin dünyaya çıxmasına da öz təsirini göstərir. Bu mənada cənab Prezidentin təşəbbüsü ilə "Multikulturalizm ili"nin elan olunması da Azərbaycan mədəniyyətinin, tolerantlığının dünyaya bir nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə