Aydın Mirzəzadə: “Cəmiyyət hər kəsin qiymətini layiqincə verə bilir” AÇIQLAMA

"Ümumiyyətlə iqtidar-müxalifət dialoqunun hər mərhələsində Dağlıq Qarabağ məsələsi müzakirə mövzusu olur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

YAP rəsmisinin sözlərinə görə, bu elə bir ümummilli məsələdir ki, burada hər hansı bir siyasi qüvvənin və yaxud da görüşlərin yada salınması mümkün deyil: "Baxmayaraq ki, münasibətlər fərqli olur. İqtidar bir qayda olaraq məsələnin kompleks həllini, Dağlıq Qarabağ məsələsini ritorika ilə deyil, eyni zamanda konkret əməllərlə tətbiq edilməsinin tərəfdarı olduğunu bildirir. Müxalifətdən də bəzən iqtidarın mövqeyini dəstəkləyirlər. Bəzi hallarda isə bu məsələdən ilk növbədə öz siyasi maraqları üçün istifadə etdikləri də aydın olur.Ümumilikdə götürdükdə isə cəmiyyət hər şeydən xəbərdardır və hər kəsin qiymətini layiqincə verə bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə