“Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə” YENİLƏNİR
Bu gün Azərbaycan Universiteti (AU), AMEA-nın A.A.Bakıxanov adına Tarix İntitutu, Türkiyənin Anadolu Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai birliyi və "Səs" Media Qrupu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş "Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə" mövuzusunda III beynəlxalq elmi konfrans keçirib.
SİA-nın məlumatına görə, tədbirdə AU-nun rektoru Fərid Əhmədov, Türkiyənin Anadolu Universitetinin Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov, Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, GEAD İB-nin sədri Məmmədəli Babaşlı, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, universitet tələbələri və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımlardan və erməni işğalçılarının məkrli planlarından söhbət açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB