Millət vəkili: "Avropalı həmkarlarımızı Ermənistana təzyiq göstərməyə çağıracağıq” AÇIQLAMA

Millət vəkili: "Avropalı həmkarlarımızı Ermənistana təzyiq göstərməyə çağıracağıq” AÇIQLAMA

"AŞPA-nın istər plenar, istərsə də komitə iclaslarında Azərbaycan nümayəndə heyəti həmişə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir, bununla bağlı çıxışlar edir və sənədlər hazırlayır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Deputat qeyd edib ki, AŞPA-nın sessiyalarında "sərbəst çıxışlar" adlı müzakirələr keçirilir və Azərbaycan nümayəndə heyəti bu zaman həmişə gündəlikdə əksini tapmayan məsələlər qaldırır: "Bu dəfə cəbhədə baş verən hadisələr barədə müzakirələrin gündəliyə salınacağı hələ dəqiq bilinmir. Əgər cəbhədəki son hadisələr gündəliyə salınmasa, Azərbaycan nümayəndə heyəti bu mövzunu hansısa bir formada mütləq gündəmə gətirəcək".

S.Fətəliyeva vurğulayıb ki, AŞPA-nın yaz sessiyası zamanı nümayəndə heyətimiz həmişəki kimi, dəyişməz tələb irəli süərəcək: "Biz tələb edəcəyik ki, ilk növbədə Ermənistan beynəlxalq hüquqa hörmətlə yanasın, AŞPA nın qərarlarına əməl etsin, Azərbaycan torpaqlarından çıxsın. Həmişə olduğu kimi, bu dəfə də avropalı həmkarlarımızı Ermənistana təzyiq göstərməyə çağıracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə