Millət vəkili: "Əldə olunanların arxasında Azərbaycanın diplomatik uğuru dayanır"

"Azərbaycan ordusunun qazandığı uğurlarla bağlı hər birimizi təbrik edirəm. Bu uğurların arxasında Ali Baş Komandanın iradəsi, xalqımızın rəşadəti və ordumuzun hünəri durur". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edərkən deyib.

Millət vəkili söyləyib ki, Azərbaycan xalqında və ordumuzda böyük ruh yüksəkliyi var: "İlk dəfə idi ki, mən bir şəhidin dəfnində 50 mindən çox insanın iştirak etiyini və şəhidimizi ürəkdən alqışladığını gördüm. Bu, çox təsirli hislərdir".

T. Mirkişilinin fikrincə, son günlər əldə olunan uğurlu hərbi əməliyyatlar arxasında Azərbaycanın diplomatik uğuru dayanır: "Ölkəmiz Azəraycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində diplomatik, iqtisadi uğurlar əldə edib. Bunu ölkəmiz bir daha bütün dünyaya nümayiş etdirdi. Bu kontekstdən yanaşaraq bildirmək istəyirəm ki, Milli Məclisdə qəbul edilən hər bir qanun layihəsi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bu iqtisadi güc komitəmiz tərəfindən müzakirə edilən qanun layihələri nəticəsində toplanır, böyüyür. Bütün bunlar sonda Azərbaycan xalqının iradəsini ortaya qoymuş olur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...