Tural Abbaslı: “Tofiq Yaqublunu “Ağ” partiyada görmək xoş olar” MÜNASİBƏT

Tural Abbaslı: “Tofiq Yaqublunu “Ağ” partiyada görmək xoş olar” MÜNASİBƏT

"Tofiq Yaqublu həbsdən yeni çıxıb və indidən onun hansı addımlar atacağını demək mümkün deyil". Bu fikirləri SİA-ya Müsavatın keçmiş Divan üzvü, "Ağ Blok"un təsisçisi Tural Abbaslı Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsdən çıxdıqdan sonra AXCP-yə qoşulacağı ilə bağlı deyilən iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə,Tofiq Yaqublu hələ partiya daxili məsələləri özü üçün aydınlaşdırmaqdan ötrü bir müddət araşdırma aparacaq və bundan sonra onun hansı addımlar ata biləcəyini demək olar: "Bu məsələdə tək Tofiq bəyin yanaşması önəmli olmayacaq. Belə ki, Arif Hacılı və ətrafının da ona münasibəti vacib məsələdir. Mən əminəm ki, bütün demokratik düşüncəli insanlara olan yad və soyuq münasibət Tofiq bəyə də nümayiş olunacaq. Bunun artıq ilk simptomları açıq sezilir".

"Tofiq Yaqublu kimi fədakar və mübariz insanın gələcəkdə "Ağ" partiyada təmsil olunmasını görmək xoş olar. Ancaq indidən zamanı tələsdirməyi düzgün hesab etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə