Belçika səfirliyi Azərbaycan vətəndaşlarına müraciət etdi ELAN

Belçika səfirliyi Azərbaycan vətəndaşlarına müraciət etdi ELAN

Bu gün Brüsseldə baş vermiş terror aktları ilə əlaqədar bütün ölkə ərazisində terror təhlükəsinin labüd olduğunu nəzərdə tutan dördüncü həyəcan səviyyəsi elan edilib. Bu barədə SİA-ya Belçikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, bununla əlaqədar, hazırda Belçika ərazisində olan bütün Azərbaycan vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmək tövsiyyə olunur.

Azərbaycan vətəndaşları aşağıdakı əlaqə vasitələri ilə bütün sutka ərzində Səfirlik ilə əlaqə saxlaya bilərlər:

Ünvan: Avenue Moliere 464, 1050 Brüssel

Tel.: +32 2 345-26-60

Faks: +32 2 345-91-58

E-ünvan: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə