Avtobus sürücüsü terror anından danışdı

Avtobus sürücüsü terror anından danışdı

Ötən gün Ankaranın Kızılay meydanında terror aktının törədilməsi nəticəsində meydana gələn partlayış zamanı xəsarət alan avtobus sürücüsü mətbuata açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, o hadisənin təfərrüatları, gördükləri barədə fikilərini bölüşüb.

Avtobus sürücüsünün sözlərinə görə, hadisə baş verən zaman o qırılmış pəncərədən özünü çölə atıb və bir xeyli yerə uzanılı vəziyyətdə qalıb: "Mən daha sonra ayağa qalxaraq yaralı vəziyyətdə avtobusda olan vətəndaşları çölə çıxarmağa başladım. 284 nömrəli avtobusda 10 nəfər yaxın sərnişin var idi".

Üzündə, əl və qıçlarında yanıqlar olduğunu, ümumi vəziyyətinin isə yaxşı olduğunu dilə gətirən Yılmaz ən qısa zamanda vəzifəsinə dönmək istədiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə