ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq edilən sanksiyaların vaxtını bir il daha uzadıb. SİA-ın agentliyinə istinadən verdiyi məlumata görə, İrana neft məhsulları ilə əlaqədar tətbiq edilən sanksiyaların müddəti bir il daha uzadılıb.
1995-ci ildə prezident Bill Klinton tərəfindən imzalanan əmr İranın ABŞ üçün xarici təhlükə kəsb etməsi səbəbi ilə uzadıb.
Prezident Barak Obamanın sanksiyaların müddətini uzadan sənədi imzalama səbəbinə isə belə açıqlıq gətirilib: "İranın həyata keçirdiyi siyasət ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə risqi yaradır. İmzalanan sənəd isə bu kimi risklərdən qorunmağa xidmət edir".
Qeyd edək ki, ABŞ-ın İrana nüvə fəaliyyəti ilə bağlı tətbiq etdiyi sanksiyalardan başqa bütün sanksiyalar hələ də qüvvədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB